25 noyabr 2022-ci ildə Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının Respublika Komitəsinin VI Məclisinin iclası keçirilib. Bu barədə məlumat adıçəkilən komitədən daxil olub.
Məlumatda bildirilir ki, məclisin işində Azərbaycan Bələdiyyə işçilərinin Həmkarlar ittifaqının IV Qurultayından (2017) keçən dövr ərzində görülmüş işlər və həmkarlar ittifaqı təşkilatının üzərinə düşən vəzifələr mövzusunda komitənin sədri Məhərrəm Xəlilov məruzə ilə çıxış edib. Məruzə ətrafında şəki rayon komitəsinin sədri S. əliyeva, M.ə. Rəsulzadə bələdiyyəsinin sədr müavini A. Nağıyev, Cəlilabad rayonu Alar bələdiyyəsinin sədr B. Mustafayev çıxış ediblər.
iclasın yekununda həmkarlar təşkilatının işində səmərəli fəaliyyətlərinə görə həmkarlar təşkilatının fəal üzvlərindən olan Badamdar bələdiyyəsindən iradə Kərimova, M.ə.Rəsulzadə bələdiyyəsindən Validə Xıdırova, Səbail bələdiyyəsində Günel ələkbərli, əhmədli bələdiyyəsindən Allahverdi Həsənli, Nəsimi bələdiyyəsindən Arzu Məmmədov “Fəxri Fərman”la təltif ediliblər.
Məclsinin işində Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyasının təşkilat işləri və məlumat şöbəsinin mütəxəssisi Elxan şahverdiyev iştirak edib.
Belediyye.info
|
|
|
|
|
|
|